Azərbaycanda mal bazarları nə vaxtadək bağlı qalacaq? - Son vəziyyət, görülən və görüləcək işlər

Azərbaycanda mal bazarları nə vaxtadək bağlı qalacaq? - Son vəziyyət, görülən və görüləcək işlər
Foto Video
Sosial 223

Ölkə ərazisində heyvanlar arasında yoluxucu virus xəstəliklərinin yayılma təhlükəsi ehtimal edilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bununla bağlı ölkə ərazisindəki mal-qara bazarlarında məhdudiyyətlərin tətbiqinə görə sahibkarlara xəbərdarlıq edib. Xəbərdarlığa əsasən, oktyabrın 25-dən ölkə ərazisində heyvanların satış mərkəzlərinin fəaliyyətinə məhdudiyyət tətbiq ediləcək.

Bu məsələ ilə bağlı AQTA ölkə ərazisindəki heyvan satış mərkəzlərində monitorinqlərə başlayıb.

Azərbaycanda mal bazarları nə vaxtadək bağlı qalacaq? - Son vəziyyət, görülən və görüləcək işlər

Monitorinqlər zamanı həmin bazarlar nəzarətə götürülüb, obyektlərin ərazisində dezinfeksiya işlərinin aparılması, antisanitar vəziyyətin aradan qaldırılması yoxlanılır, sahibkarlara bununla bağlı tapşırıqlar verilir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Qalib Əbduləliyev bildirib ki, dünyanın bir sıra ölkələrində, o cümlədən Cənubi Qafqazda heyvanlar arasında müxtəlif xəstəliklər yayılıb:

"Mövsümi amillərin təsirindən həm ölkə daxilində, həm də ölkələr arasında heyvanların bir yerdən başqa yerə köçürülməsi baş verir ki, bu da müxtəlif xarakterli xəstəliklərin yayılmasına şərait yaradır. Azərbaycanın qonşu ölkələri olan Rusiya, İran, Türkiyə, Gürcüstan və Ermənistanda ekstensiv heyvandarlıq idarəçiliyi, yəni yaylaq və qışlaqlara köçürülmə olan təsərrüfatçılıq sistemi tətbiq olunur.

Azərbaycanda mal bazarları nə vaxtadək bağlı qalacaq? - Son vəziyyət, görülən və görüləcək işlər

Yaylaq əraziləri əsasən sərhədyanı ərazilərdə yerləşdiyindən heyvanların orada birbaşa təması olmasa da, həm virus, həm bakteriya tipli xəstəliklər qansoran həşəratlar, nəqliyyat vasitələri və ya hava damcı yolu vasitəsilə keçə bilir. Bundan sonra isə heyvanlar qışlaq ərazisinə gətirildikdə, bu xəstəliklər ölkə ərazisində yayıla bilər.

Bu risklər nəzərə alınaraq, heyvanların ölkə daxilində daşınmasına nəzarət gücləndirilib. Heyvanların daha çox toplanaraq satıldığı yerlərdə xəstəlik yayılma riskləri yaranır. Ona görə də qərar qəbul olunub ki, vəziyyət stabilləşənə qədər heyvan bazarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılsın".

Qalib Əbduləliyev bildirib ki, hazırda heyvanların satış bazarlarında hansısa təhlükəsizlik tələblərinə riayət olunmayıb:

"Bazar elə yaradılmalıdır ki, ora daxil olan nəqliyyat vasitələri mütləq baryerdən keçərək dezinfeksiya olunmalı, heyvanların avtomobildən düşürülməsi və yüklənməsi müəyyən şəraitli yerdə aparılmalıdır. Eyni zamanda həm satılan, həm də alınan heyvanların qruplaşaraq daşınması üçün ayrıca yerlər olmalıdır.

Azərbaycanda mal bazarları nə vaxtadək bağlı qalacaq? - Son vəziyyət, görülən və görüləcək işlər

Son dövrlərdə ölkədə heyvanların identifikasiyası sistemi yaradılmağa başlanıb. Bu da heyvanların izlənilməsi üçün mühüm bir alətdir. Bazara daxil olan heyvanlar hamısı identifikasiya ediləndən sonra daşınmalıdır. Bazardan kənara daşınan heyvanlar da müvafiq müşayiətedici sənədlərlə təmin olunmalıdır. Bunlara riayət olunmur, bazarlarda çatışmazlıqlar var. Ona görə də vəziyyət stabilləşənə qədər bu proses davam edəcək".

Şöbə müdiri bildirib ki, bazarlara heyvanlar müxtəlif təsərrüfatlardan gətirilir və təhlükəsizlik tədbirləri görülmür:

"Bazarlarda elə arakəsmələr olmalıdır, bir təsərrüfatdan gələn heyvan digər təsərrüfatdan gələnlə təmasda olmasın. Heyvan satılıb daşındıqdan sonra isə heyvan toplaşdığı yerlər mütləq dezinfeksiya olunmalı, yuyulub təmizlənməli, tullantılar kənarlaşdırılandan sonra ümumi dezinfeksiya işləri aparılmalıdır.

Azərbaycanda mal bazarları nə vaxtadək bağlı qalacaq? - Son vəziyyət, görülən və görüləcək işlər

Eyni zamanda heyvanlar bazarlarda satışda olduğu vaxtlarda su və yemlə təmin olunmalıdır. Oktyabrın 25-dən etibarən ölkə ərazisində bütün heyvan satışı bazarları fəaliyyətini dayandıracaq, bu tələblərə əməl olunandan sonra fəaliyyətini davam etdirə bilər".

AQTA rəsmisi bildirib ki, hazırda bütün bazar sahiblərinə xəbərdarlıq olunub:

"Bütün sahibkarlara xəbərdarlıq olunub ki, oktyabrın 25-dən bazarların fəaliyyəti məhdudlaşdırılacaq. Bu proses mərhələli şəkildə keçirilir ki, sahibkarların işində maksimum az çətinlik yaransın. Bu monitorinqlər oktyabrın 25-dək davam edəcək, həmin gündən etibarən isə bazarların fəaliyyəti dayandırılacaq".

Qalib Əbduləliyev bildirib ki, ət kəsimi yerləri bu müddət ərzində heyvanları birbaşa heyvan təsərrüfatlarından almaqla, fəaliyyətini davam etdir bilərlər:

Azərbaycanda mal bazarları nə vaxtadək bağlı qalacaq? - Son vəziyyət, görülən və görüləcək işlər

"Heyvan təsərrüfatlarına hər hansısa məhdudiyyət qoyulmayıb. Sadəcə bu prosesdə məqsəd ondan ibarətdir ki, heyvanların bir yerə toplaşmasının qarşısı alınsın. Bir yerə toplanıb, təmasda olub, başqa yerə daşınmaq xəstəliyin yayılma riskidir. Hazırda fermer təsərrüfatlarında Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları peyvəndləmələr aparır, baytarlıq xidmətləri göstərilir".

O bildirib ki, stabilləşmə olandan sonra, məhdudiyyətlər aradan qaldırılacaq.

Şöbə müdiri onu da qeyd edib ki, alıcılar da bu məsələdə diqqətli olmalıdırlar:

"Alıcılar heyvan alarkən, heyvanın bazara daxil olarkən baytarlıq sənədlərinin olub-olmamasını araşdırsınlar, heyvanın identifikləşməsini öyrənsinlər və heyvan bazardan çıxarkən də ona ikinci baytarlıq sənədi alsınlar. Əks halda, həmin alıcılar da inzibati məsuliyyət daşıyır".

Xatırladaq ki, Azərbaycanın həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri kimi müəyyən edilib. Buna görə də, heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər.

Baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiq qərara əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında oktyabrın 25-dən etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Agentliyin regional bölmələri yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə bu tədbirin icrasını təmin edəcəklər.

Son xəbərlər