Azərbaycanda koronavirusun yeni variantı aşkarlanıb? - Səhiyyə Nazirliyindən AÇIQLAMA

Bu ilin fevral ayında koronavirusun yüksək yoluxuculuğu olan EG.5 variantı (“Eris”) qeydə alınıb. Bu, “Omikron” ştammının yeni versiyasıdır. Artıq virusun yeni variantı Ermənistan və Türkiyədə də aşkarlanıb.
Bəs Azərbaycanda koronavirusun yeni variantına yoluxma halı baş verib?
BAKU.WS-in məlumatına görə, məsələ ilə bağlı Səhiyyə Nazirliyindən “Trend”in sorğusuna cavab olaraq qeyd edilib ki, Azərbaycanda koronavirusun “Eris” variantının olması barədə rəsmi məlumat yoxdur.
Qeyd edək ki, artıq 51 ölkədə yayılmış EG.5 yoluxuculuq indeksinin sələflərindən bir qədər yüksək olması ilə fərqlənir. Yaranmış vəziyyətlə əlaqədar artıq ABŞ Prezidentinin Administrasiyası amerikalıları COVID-19-a qarşı peyvənd olmağa çağırıb. Hətta Kaliforniya, Nyu-York və Corciya ştatları məcburi maska rejimi tətbiq etməyə başlayır.
Oxşar xəbərlər
Azərbaycanda fevralın 15-dən bu qadağalar tətbiq ediləcək - SİYAHI
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumat yayıb. BAKU.WS xəbər verir ki, birgə məlumatda deyilir: "Məlum olduğu ki...
