Azərbaycanda koronavirusdan sağalanların sayı artmağa davam edir - Rəqəmlər açıqlandı

Azərbaycanda koronavirusdan sağalanların sayı artmağa davam edir - Rəqəmlər açıqlandı
Sosial 233

“Bu gün Azərbaycanda 53 nəfər koronavirusdan sağalıb”.

BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, ümumilikdə 1 253 yoluxma faktı var, sağalanları sayı isə artıq 404-ə çatıb. 13 nəfər isə ölüb.

TƏBİB rəhbəri qeyd edib ki, son 5 gündə artıq sağalanların sayında artım müşahidə olunmağa başlayıb:

“Bu gün koronavirus pandemiyası ilə bağlı 3 661 test edilib. Ümumilikdə 75 337 test edilib. Bu, əhalinin sayına görə nisbətdə dünya üzrə ən yüksək göstəricilərdən biridir.

17 nəfər reanimasiyadadır. Onlardan da 6-sı süni nəfəs aparatına qoşulub”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər