Azərbaycanda koronavirusdan ölənlərin sayı kəskin artdı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4241 yeni yoluxma faktı qeydə alınıb, 3 366 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 413 986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 358 230 nəfər müalicə olunaraq sağalıb, 5 512 nəfər vəfat edib, aktiv xəstə sayı 50244 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 871, ötən müddət ərzində isə ümumilikdə 4 414 517 test aparılıb.
Oxşar xəbərlər
Azərbaycanda koronavirusa yoluxanların sayı qəfil artdı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 174 yeni yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanınd...