Azərbaycanda koronavirusa yoluxma kəskin artdı - Son statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 710 yeni yoluxma faktı qeydə alınıb, 503 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-Ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 806 472 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 793 268 nəfər müalicə olunaraq sağalıb, 9 777 nəfər vəfat edib, aktiv xəstə sayı 3 427 nəfərdir.
Ölkədə son sutka ərzində 4 852, hazırkı dövrədək isə 7 106 376 test aparılıb.

Oxşar xəbərlər
Azərbaycanda daha 90 nəfər COVID-19-a yoluxub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 90 yeni yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında...