Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artdı

Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artdı
Sosial 2

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 164 yeni yoluxma faktı qeydə alınıb, 330 nəfər müalicə olunaraq sağalıb.

BAKU.WS Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Ölkədə son sutka ərzində 6960, hazırkı dövrədək isə 2 463 610 test aparılıb.

Azərbaycanda indiyədək ümumilikdə 231362 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 225678 nəfər müalicə olunaraq sağalıb, 3163 nəfər vəfat edib, aktiv xəstə sayı 2521 nəfərdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər