Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı - 37 nəfər öldü

07
apr
2021
14:43
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 595 yeni yoluxma faktı qeydə alınıb, 1 073 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.
Ölkədə son sutka ərzində 14 593, hazırkı dövrədək isə 2 963 012 test aparılıb.
Azərbaycanda indiyədək ümumilikdə 276 464 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 244 540 nəfər müalicə olunaraq sağalıb, 3 780 nəfər vəfat edib, aktiv xəstə sayı 28 144 nəfərdir.
Oxşar xəbərlər
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 195 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb. BAKU.WS Nazirlər Kabinet...
