Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 662 yeni yoluxma faktı qeydə alınıb, 1 452 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 611 557 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 588 790 nəfər müalicə olunaraq sağalıb, 8 222 nəfər vəfat edib, aktiv xəstə sayı 14545 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 157, ötən müddət ərzində isə ümumilikdə 5 767 538 test aparılıb.

Oxşar xəbərlər
Azərbaycanda koronavirusa gündəlik yoluxma 600-ə endi
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 611 yeni yoluxma faktı qeydə alınıb, 638 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qə...
