Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı
Foto
Sosial 294

Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən dörd nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 826 993 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 434 nəfər müalicə olunaraq sağalıb, 10 027 nəfər vəfat edib, aktiv xəstə sayı 532 nəfərdir.

Ölkədə son sutka ərzində 2 503, hazırkı dövrədək isə 7 447 795 test aparılıb.

Son xəbərlər