Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 40 yeni yoluxma faktı qeydə alınıb, 42 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 823 889 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 669 nəfər müalicə olunaraq sağalıb, hazırda 251 aktiv xəstə var. Bu günə qədər 9 969 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 571, bu günə qədər isə ümumilikdə 7 353 252 test icra olunub.

Oxşar xəbərlər
Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 36 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında O...
