Azərbaycanda koronavirusa yoluxanların sayı 2200-ü keçdi

Azərbaycanda koronavirusa yoluxanların sayı 2200-ü keçdi
Sosial 878

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 248 yeni yoluxma faktı qeydə alınıb, 860 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 263 961 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 238 985 nəfər müalicə olunaraq sağalıb, 3 593 nəfər vəfat edib, aktiv xəstə sayı 20 383 nəfərdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər