Azərbaycanda kazino oyunlarının keçirilməsinə görə dövlət rüsumu müəyyənləşir
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər dənizinin (gölünün) Azərbaycanna mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili ilə bağlı lisenziya verilməsinə görə dövlət rüsumu müəyyənləşir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi təklif olunur.
Müvafiq qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinə görə, 340 000 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur. Lisenziyanın qüvvədə olduğu müddətdə isə hər il əlavə 340 000 manat rüsum alınacaq.
Dövlət rüsumunun hər il ödənilən hissəsi hər növbəti il lisenziyanın verildiyi günə qədər ödəniləcək.
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...