Azərbaycanda karantin qaydalarının pozulduğu üç şadlıq sarayı aşkarlanıb

Azərbaycanda karantin qaydalarının pozulduğu üç şadlıq sarayı aşkarlanıb
Foto
Sosial 124

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı şəhər ərazisində fəaliyyət göstərən 3 şadlıq sarayında karantin rejimi qaydaları və şərtlərinin pozulması hallarına rast gəlinib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən “Sərvət Palace”, “Tural” və “Leyla” şadlıq saraylarında keçirilən toy mərasimlərində qonaqların sayının icazə verilən normadan artıq olması müəyyən edilib.

Həmin obyektlərin inzibatçıları barədə qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və onlar inzibati qaydada məsuliyyətə cəlb ediliblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər