Azərbaycanda karantin qaydalarını pozan toy təşkilatçısı cərimələnib
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı fərdi evdə təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.
BAKU.WS xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, rayonun Danaçı kəndində Dibir Həsənova məxsus evin həyətyanı sahəsində keçirilən toy mərasimində iştirak edən qonaqlardan bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.
Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toyun təşkilatçısı D.Həsənov inzibati məsuliyyətə cəlb olunaraq 400 manat cərimələnib.
Oxşar xəbərlər
“Bəyaz Saray”ın sahibi külli miqdarda CƏRİMƏLƏNDİ - FOTO/VİDEO
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı “Bəyaz Saray” şadlıq sarayında təşkil edilən toy mərasimində karantin qaydaların...