Azərbaycanda istifadə edilən vaksin Britaniya ştammına qarşı da effektivdir - RƏSMİ

Azərbaycanda istifadə edilən vaksin Britaniya ştammına qarşı da effektivdir - RƏSMİ
Sosial 88

Azərbaycanda koronavirus infeksiyasına qarşı istifadə edilən Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini yeni ştamlara qarşı da effektivdir.

Bu barədə BAKU.WS-ə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.

Xatırladaq ki, Mərkəzin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib.

Qeyd edək ki, ölkədə yanvar ayının 18-dən etibarən vaksinasiya prosesinə başlanılıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır. Bu günə qədər ölkədə 468,826 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər