Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı ƏDV-dən azad olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunacaq.
Dəyişiklik ölkə ərazisində minik avtomobillərinin istehsalının dəstəklənməsini nəzərdə tutur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Milli Məclisin sonuncu plenar iclasının gündəliyi açıqlanıb
Milli Məclisin yaz sessiyası çərçivəsində sonuncu plenar iclasının gündəliyi açıqlanıb. BAKU.WS apa-ya istinadən xəbər verir ki, Milli Məclisin 30 may tarixli i...