Azərbaycanda insan alveri qurbanlarının statistikası açıqlanıb

Azərbaycanda insan alveri qurbanlarının statistikası açıqlanıb
Sosial 51

2021-ci ildə 95 nəfər insan alveri qurbanı müəyyən edilib.

BAKU.WS Report-a istinadla xəbər verir ki, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb.

Onlardan 5-i 18-25, 59-u 25-35, 31-i isə 35 yaşdan yuxarıdır. Bu qurbanlardan 92,8 faizi qadın, 7,2 faizi isə kişidir.

Qeyd edək ki, 2020-ci ildə 94 nəfər insan alveri qurbanı müəyyən edilib.

Xatırladaq ki, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin sabah - aprelin 29-da keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda fahişəliyə cəlb etməyə görə 56 fakt aşkarlanıb

Azərbaycanda fahişəliyə cəlb etməyə görə 56 fakt aşkarlanıb

Ötən il Azərbaycanda fahişəliyə cəlb etmə faktı ilə bağlı aşkarlanan cinayətlərin statistik məlumatları açıqlanıb. BAKU.WS "report"a istinadən xəbər verir ki, b...

189 Sosial 16:13 28 aprel 2022

Son xəbərlər