Azərbaycanda imtiyazlı əhali üçün 13,4 milyonluq dərmanlar ALINACAQ
Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi imtiyazlı əhali qrupuna aid olan xəstələrin təminatı məqsədilə dərman vasitələrinin satın alınması üçün müsabiqə elan edib.
BAKU.WS-in məlumatına görə, layihənin ehtimal olunan dəyəri 13,4 milyon manat təşkil edir.
Müsabiqə çərçivəsində takrolimus, sirolimus, siklosporin və mikofenol turşusu kimi vacib dərman preparatlarının alınması nəzərdə tutulur. Bu dərmanlar əsasən orqan transplantasiyası sonrası immun sisteminin idarə olunması üçün istifadə olunur.
Bu tenderin həyata keçirilməsi imtiyazlı xəstələrin həyati vacib dərmanlara daha asan çıxışını təmin edəcək, onların müalicə prosesində fasiləsizlik yaradacaq və səhiyyə xidmətlərinin keyfiyyətini artıracaq.
Oxşar xəbərlər
Seysmoloqdan HƏYƏCAN TƏBİLİ: Bəzi bölgələrdə zəlzələ ocaqları aktivləşib
"Ölkədəki zəlzələ ocaqlarında aktivlik müşahidə olunur. Şamaxı, İsmayıllı və yaxın ərazilərdə maksimum 4 baladək zəlzələ gözlənilir". BAKU.WS Xəzər TV-yə istina...