Azərbaycanda ilk ödənişli yol bu ilin sonuna kimi istifadəyə veriləcək

Azərbaycanda ilk ödənişli yol bu ilin sonuna kimi istifadəyə veriləcək
Sosial 329

Azərbaycanda tikilməkdə olan ilk ödənişli magistral avtomobil yolunda tikinti işləri yekunlaşmaq üzrədir.

BAKU.WS unikal-a istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

O bildirib ki, ölkənin ilk ödənişli Bakı-Quba-Rusiya sərhəddi avtomobil yolunda hazırda tikinti işləri ilə paralel olaraq turniketlər quraşdırılır.

"Artıq tamamlanma işləri gedir. Hazırda son 27 kilometrlik hissənin asfaltlanması işləri aparılır. Yolun qalan hissəsinin asfaltlanması başa çatdırılıb. Yolun ödənişli olması üçün nəzarət buraxılış məntəqələri və turniketlər quraşdırılır. Həmçinin yollarda ağır tonluq yük maşınlarının çəkisinin müəyyənləşdirilməsi üçün tərəzilər quraşdırılır. Öhdəlik götürmüşük ki, ilin sonuna qədər işlər tam yekunlaşdırılacaq və yol istifadəyə veriləcək", - S. Məmmədov deyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...

6451 Sosial 18:43 27 may 2022

Son xəbərlər