Azərbaycanda hepatit xəstəliyindən ölənlərin sayı açıqlandı

Azərbaycanda hepatit xəstəliyindən ölənlərin sayı açıqlandı
Sosial 123

Ötən il Azərbaycanda viruslu hepatit diaqnozu ilə qeydə alınan xəstələrin sayı 206 nəfər olub.

BAKU.WS xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd olunub ki, onlardan 150-si kişi, 56-sı qadındır.

Xəstələrdən 13 nəfəri 0-17 yaş qrupuna aiddir, 193 nəfəri 18 və yuxarı yaşlı şəxslərdir.

Məlumata əsasən, xəstələrdən 13-ü kişi, 12-si qadın olmaqla 25-i kəskin A hepatitli, 74-ü kişi, 24-ü qadın olmaqla 98 nəfəri kəskin B hepatitli, 63-ü kişi, 20-si qadın olmaqla 83 xəstə kəskin C hepatitlidir.

Məlumatda qeyd olunub ki, 2020-ci ildə A hepatitindən 2 nəfər, B hepatitindən 6-sı qadın, 6-sı kişi olmaqla 12 nəfər, C hepatitindən isə 38-i kişi, 10-u qadın olmaqla 48 nəfər ölüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər