Azərbaycanda hava şəraiti mülayimləşib - FAKTİKİ HAVA
Azərbaycanda yağıntı 11-i axşam saatlarından kəsilib, hava şəraiti mülayimləşib.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 12-si saat 11:00-a olan məlumatında qeyd edilib.
Düşən yağıntının miqdarı Neftçalada 14, Beyləqanda 5, Lənkəranda 4, Mingəçevir, Yevlax, Kürdəmir, Balakən, Zaqatalada 3, Göyçayda 2, Ordubad, Sədərək, Naxçıvan, Şərur, Naftalan, Oğuz, Zərdab, Sabirabad, eyni zamanda Abşeron yarımadasının bəzi yerlərində 1 mm olub.
Qar örtüyünün hündürlüyü Şahbuzda 49, Kəlbəcərdə 40, Laçın, Qubadlıda 33, Qaxda (Sarıbaş) 29, Biləsuvarda 23, Daşkəsəndə 19, Şuşada 15, Gədəbəydə 14, Cəlilabad, Yardımlıda 10, Xankəndidə 7, Astara, Ağdamda 6, Xocalı, Qubada 5, İmişli, Şəkidə (Kişçay) 4, Lerikdə 3, Füzulidə 2, Qəbələ, Qobustan, Xaltanda 1 sm-ə çatıb.
Naxçıvan, Daşkəsən, Gədəbəy, Şəmkir, Qax (Sarıbaş), Şəki, Qəbələ, Şamaxı, Qobustan, Quba, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Oxşar xəbərlər
İrandan daha 38 nəfər Azərbaycana təxliyə edilib
İrandan martın 14-ü saat 12:00-dan 15:00-dək daha 38 nəfərin Azərbaycana təxliyəsi baş tutub. BAKU.WS report-a istinadən xəbər verir ki, təxliyə "Astara" dövlət...