Azərbaycanda general istefa verdi

10
apr
2020
12:40
Ədliyyə Nazirliyində kadr dəyişikliyi olub.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Ədliyyə naziri Fikrət Məmmədov imzalayıb.
Əmrə əsasən, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi, ədliyyə general-mayoru Fuad Cavadov öz istəyinə uyğun olaraq vəzifəsindən azad olunub.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi vəzifəsi İlqar Cəfərova həvalə edilib.
Qeyd edək ki, İ.Cəfərov bir müddət əvvəl nazirliyinin Katibliyinin rəisi vəzifəsinə təyinat almışdı.
Oxşar xəbərlər
Məktəb direktoru olmaq istəyənlərin nəzərinə
Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə 700-ə yaxın vakant yer çıxarılacaq. Bütün regionlar üzrə vakant yerlər var. Ən çox boş qalan direktor yeri isə...
