Azərbaycanda əsasən hansı ölkələrin vətəndaşları təhsil alır?
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın ali təhsil müəssisələrində ölkə vətəndaşları ilə yanaşı, 82 xarici ölkədən 6,4 min tələbə təhsil alır.
BAKU.WS "Trend"ə istinadən xəbər verir ki, əcnəbi tələbələr sırasında Türkiyə, İran, Rusiya, Gürcüstan, İraq, Pakistan İslam Respublikası, Hindistan və Çinin vətəndaşları üstünlük təşkil edirlər.
2021/2022-ci tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 717 nəfər təşkil edib. Xaricdə təhsil alan gənclərin 29,0 faizi Bakı, 71,0 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır.
Tələbələrin əksəriyyəti Türkiyə, Rusiya, Macarıstan, Çin, Birləşmiş Krallıq və Latviyanın ali təhsil müəssisələrində təhsil alır.
Oxşar xəbərlər
İmtahanlarda kimlərə güzəşt ediləcək? Onlayn təhsilin qiymətləndirmə müəmması
Pandemiya dövründə təhsil müəssisələrinin fəaliyyəti dayandırılsa da onlayn təhsil davam etdiyindən həm orta, həmçinin də ali təhsildə şagird və tələbələrin bil...