Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda ikiqapılı, fərdi konstruksiya əsasında hazırlanan, habelə əllə idarə olunan əlilliyi olan şəxs üçün avtonəqliyyat vasitələrinin taksi minik avtomobilləri kimi istismarına yol verilməyəcək.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bu, Nazirlər kabinetinin bu gün təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapıb.
Məlumata görə, taksi minik avtomobilləri ABS əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir.
Oxşar xəbərlər
Bu gündən Azərbaycanda BU TƏLƏBLƏR qüvvəyə minir
Bu gündən taksi minik avtomobilləri ilə sərnişin daşımalarına dair yeni tələblər qüvvəyə minib. BAKU.WS xəbər verir ki, bu, “Avtomobil nəqliyyatı haqqında” qanu...