Dövlət xəstəxanaları ilə bağlı SEVİNDİRİCİ XƏBƏR - 2026-cı ildən...
Dövlət tibb müəssisələrində aparılan diz və bud-çanaq endoprotez əməliyyatları üçün istifadə olunacaq tibbi vasitələr alınacaq.
BAKU.WS-in əldə etdiyi məlumata görə, 2026-cı il üçün nəzərdə tutulan satınalmanı İnnovasiya və Təchizat Mərkəzi həyata keçirəcək.
Satınalmanın ehtimal olunan dəyəri 1 milyon 561 min manat təşkil edir. Layihə çərçivəsində diz və bud-çanaq oynaqlarının dəyişdirilməsi əməliyyatlarında istifadə olunan əsas tibbi məhsulların alınması planlaşdırılır.
Bu tibbi vasitələr əsasən ağır oynaq xəstəliklərindən əziyyət çəkən, hərəkət məhdudiyyəti olan və protez əməliyyatına ehtiyacı olan pasiyentlərin müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, satınalmanın məqsədi ortopedik cərrahiyyə əməliyyatlarının fasiləsiz aparılmasını təmin etmək, protez əməliyyatlarının keyfiyyətini artırmaq və pasiyentlərin daha tez normal həyata qayıtmasına şərait yaratmaqdır.
Oxşar xəbərlər
Azərbaycanda ən çox bahalaşan hansı məhsul olub?
Azərbaycanda cari ildə ərzaq bazarında qiymətlərin dəyişməsi gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. BAKU.WS-in məlumatına görə, marketlərdə, bazarlarda...