Azərbaycanda daun sindromlu şəxslərin sayı açıqlandı

Azərbaycanda daun sindromlu şəxslərin sayı açıqlandı
Sosial 31

Hazırda Azərbaycanda 1800-ə yaxın daun sindromlu əlilliyi olan şəxs var.

BAKU.WS xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində daun sindromlu əlilliyi olan şəxslər də reabilitasiya xidmətləri ilə təmin edilir.

Bu xidmətlərə sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya (atlarla terapiya), rəqs terapiyası və s. daxildir.

Mərkəzlərdə daun sindromlu əlilliyi olan şəxslər stasionar və ambulator xidmətlərlə yanaşı, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətlərlə təmin olunurlar.

Daun sindromlu əlilliyi olan şəxslər agentlik tərəfindən həftədə bir dəfə ippoterapiya xidmətlərinə də cəlb edilirlər. Beynəlxalq təcrübəyə əsaslanan bu terapiya üsulu daun sindromlu əlilliyi olan şəxslərlə yanaşı, eyni zamanda autizm spektr pozuntusu, serebral iflic, nitq qüsurları və s. olan uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasına müsbət təsir göstərir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər