Azərbaycanda COVID-19 testindən keçənlərin sayı 214 mini keçib

14
may
2020
21:29
Bu gün Azərbaycanda daha 5745 nəfər koronavirus testindən keçib.
BAKU.WS xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Məlumata əsasən, ümumilikdə 214 291 şübhəlidən test götürülüb. Reanimasiyada olan xəstə sayı 34, süni tənəffüs cihazında olan xəstə sayı 11-dir.
Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 2879, virusdan ölənlər 35, sağalan xəstə sayı 1833, aktiv xəstələrin sayı isə 1011 nəfərdir.
Oxşar xəbərlər
Azərbaycanda koronavirusla bağlı SON DURUM
Bu gün Azərbaycanda 4737 nəfər koronavirus testindən keçib. BAKU.WS xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. M...