Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Sosial 207

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 15 025 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5452, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9573 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 398 900, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 597 118, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 801 782 təşkil edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər