Azərbaycanda COVİD-19-a gündəlik yoluxma sayı AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda son sutkada koronavirusa 2 676 yeni yoluxma qeydə alınıb, 3 893 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.
Ölkədə indiyədək ümumilikdə 460 092 nəfərin koronavirusa yoluxması müəyyən olunub, 409 404 nəfər müalicə olunaraq sağalıb, 6 103 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 44 585 nəfərdir.
Son gün ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 536, ötən müddət ərzində isə ümumilikdə 4 652 996 test aparılıb.
Oxşar xəbərlər
Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 196 yeni yoluxma faktı qeydə alınıb, 2 162 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti y...