Azərbaycanda bu xəstəliklə mübarizə üçün VACİB ADDIM
Azərbaycanda vərəmlə (tuberkulyozla) mübarizə tədbirləri çərçivəsində laborator analizlər üçün zəruri olan reaktivlərin alınması planlaşdırılır.
BAKU.WS-in məlumatına görə, bu məqsədlə İnnovasiya və Təchizat Mərkəzi satınalma müsabiqəsi elan edib.
Laborator reaktivlərin alınmasına 767.643,10 manat vəsait ayrılması nəzərdə tutulur. Layihə vərəmlə mübarizə üzrə diaqnostik imkanların gücləndirilməsini və xəstəliyin erkən aşkarlanması üçün laborator infrastrukturun təkmilləşdirilməsini hədəfləyir.
Bu reagentlər vərəmin molekulyar səviyyədə aşkarlanması və dərmanlara qarşı davamlılığın müəyyən edilməsi üçün istifadə olunur. Bu tip analiz vasitələrinin tətbiqi diaqnostika prosesini xeyli sürətləndirir və xəstəliyin yayılmasının qarşısını almaqda mühüm rol oynayır.
Oxşar xəbərlər
Hadisələri əvvəlcədən hiss etdiyi deyilən 5 bürc
Bəzi insanların hadisələr baş verməzdən əvvəl onları hiss etdiyini düşünməsi astrologiyada müəyyən bürclərlə əlaqələndirilir. Bu xüsusiyyət əsasən güclü intuisi...