Azərbaycanda bu tütün məhsulları BAHALAŞACAQ

Azərbaycanda bu tütün məhsulları BAHALAŞACAQ
Video
Sosial 521

Homogenləşdirilmiş və ya bərpa edilmiş, çeynənilən və ya buruna çəkilən tütünlər üzrə aksiz dərəcəsi qaldırılıb.

Belə ki, aksiz dərəcəsi hər kiloqrama görə yerli istehsal üçün 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata qaldırılıb. Bununla da sözügedən məhsulun hər kiloqramına görə aksiz vergisi 140 manat artırılıb.

Bu dəyişiklik bazarda satılan bu növ məhsulların qiymətinə də təsirsiz ötüşməyəcək. Baku TV-nin məlumatına görə, bu dəyişiklikdən istifadə edən bəzi satıcılar qəlyan hazırlığında istifadə olunan tütün məmulatlarının da qiymətində də artım olacağını deyirlər.

Satıcılar mövcud vəziyyətlə belə deyiblər: "Aksiz vergisi qalxdığı üçün tütünlərin də qiymətinə təsir edib. Haradasa 3 manat fərq var".

İqtisadçı Xalid Kərimli isə qeyd edir ki, aksiz vergisinin məbləğinin artması birbaşa malın bahalaşmasına gətirib çıxarır:

"Aksiz vergisi artırılan bütün tütün məhsulları, verginin qiymətdə tutduğu paya uyğun olaraq bahalaşacaq. Hər biri üzrə fərqli qiymət əmələgəlmə qaydası var, amma ümumiyyətlə, aksiz vergisi satış qiymətinin üzərinə gəldiyi üçün tütün məhsullarının formasından asılı olaraq son satış qiyməti artacaq".

Son xəbərlər