Azərbaycanda bu şəxslərə pulsuz avtomobil veriləcək
Azərbaycanda əlilliyi olan şəxslərə yeni avtomobillər təqdim olunacaq.
BAKU.WS-in Sosial Xidmətlər Agentliyindən əldə etdiyi məlumata görə, bu avtomobillər Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın ləğvi ilə əlaqədar əlilliyi olan şəxslər və xüsusi nəqliyyat vasitəsinə tibbi göstərişi olan şəxslər üçün nəzərdə tutulub.
Layihə çərçivəsində 24 ədəd yeni, 2025-ci il buraxılışlı sedan tipli minik avtomobilinin verilməsi planlaşdırılır.
Bu avtomobillər benzin mühərrikli, mexaniki sürətlər qutusuna malik olacaq və əsas təhlükəsizlik, komfort və texniki tələblərə cavab verəcək. Avtomobillərdə hava yastıqları, parklama sensorları, arxa görüntü kamerası, kondisioner və digər zəruri funksiyalar nəzərdə tutulur.
Qeyd edək ki, layihənin reallaşması üçün ehtimal olunan məbləğ 390 min 600 manat təşkil edir.
Oxşar xəbərlər
Xaricdən məhsul sifarişlərində bəyənnamə şərtlərindəki dəyişiklik nədən ibarətdir?
İyun ayından gömrük bağlamaları yeni qaydada bəyan ediləcək. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi "Smart Customs" saytından və m...