Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım ala biləcəklər
Mina qurbanları ödənişsiz psixoloji yardım ala biləcəklər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bununla bağlı "Psixoloji yardım haqqında" qanuna təklif edilən dəyişikliklərdə qeyd olunub.
Qanun layihəsi parlamentin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, ödənişsiz psixoloji yardım almaq hüququ olan şəxslərin siyahısına "Minatəmizləmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq zərərçəkmişlər də əlavə edilir.
Bununla bərabər, "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna da müvafiq dəyişikliklər təklif edilir.
Sənədə əsasən, həmin zərərçəkmişlər dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla dövlət büdcəsinin vəsaiti hesabına ("Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) təmin olunacaqlar.
Oxşar xəbərlər
Bu il 7600 nəfər Şəkidə pulsuz reabilitasiyaya cəlb edilib
Bu ilin 11 ayında Şəki Reabilitasiya Mərkəzində əlilliyi olan 7600-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib. BAKU.WS xəbər verir ki, bu barədə Əmək və...