Azərbaycanda bu nazirlik mindən çox mənzili satışa çıxara bilər
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mənzillərin real bazar qiymətinin müəyyən edilməsi üçün tender elan edib.
BAKU.WS-in əldə etdiyi məlumata əsasən, nazirlik bu mənzillərin qiymətləndirilməsi üçün xidmət satın almağı planlaşdırır. Bu addım həmin mənzillərin yaxın gələcəkdə satışa çıxarıla biləcəyi ehtimalını gücləndirir.
Müsabiqə çərçivəsində Bakı və digər şəhərlərdə yerləşən 70 binada, 69 fərqli tipdə ümumilikdə 1162 mənzilin qiymətləndirilməsi nəzərdə tutulur.
Əgər proses tamamlanarsa, bu, sosial mənzillərin və ya dövlət balansında olan digər yaşayış sahələrinin satışına hazırlıq mərhələsi kimi qiymətləndirilə bilər.
Orxan Hüseyn
Oxşar xəbərlər
Gələn il imtahan proqramlarında dəyişiklik olacaq? - Məleykə Abbaszadə AÇIQLADI
"Yeni nəşrlərdəki materiallar 2027-ci ilin imtahan proqramlarına daxil edilməyib". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (Dİ...