Azərbaycanda bu dərmanlar da apteklərdə pulsuz veriləcək
Azərbaycanda ürək-damar xəstəliklərinin artması ciddi narahatlıq doğurur. Son illər bu tip xəstəliklər təkcə yaşlılar arasında deyil, gənclər arasında da daha tez-tez qeydə alınır.
Statistik göstəricilərə əsasən, Azərbaycan ürək-damar xəstəliklərindən ölüm hallarına görə dünyada ön sıralarda qərarlaşır və ölüm yaşının ildən-ilə cavanlaşması diqqət çəkir.
Mütəxəssislər xəstəliyin gəncləşməsini stressli həyat tərzi, hazır və qeyri-sağlam qidalar, yuxu rejiminin pozulması, eləcə də zərərli vərdişlərlə əlaqələndirirlər. Bu risk faktorları ürək sağlamlığına ciddi təsir göstərir və xəstəliklərin erkən yaşlarda ortaya çıxmasına səbəb olur.
BAKU.WS-in məlumatına görə, mövcud vəziyyəti nəzərə alan Azərbaycan dövləti ürək-damar xəstəliklərindən əziyyət çəkən vətəndaşların sağlamlığının qorunması istiqamətində mühüm addımlar atır. Belə ki, bu kateqoriyaya aid xəstələr üçün dərman təminatı ödənişsiz şəkildə həyata keçiriləcək.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təşkil edilən mexanizmə əsasən, vətəndaşlar ambulator müalicə zamanı həkim tərəfindən yazılan resept əsasında dərmanlarını pulsuz əldə edə biləcəklər. Ürək-damar xəstəlikləri üçün nəzərdə tutulan dərman vasitələri elektron reseptlə təyin olunacaq.
Həmin dərmanlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan apteklərdə ödənişsiz təqdim ediləcək. Bu apteklər xüsusi loqolarla işarələnəcək ki, vətəndaşlar dərmanları əldə edərkən əlavə çətinliklərlə üzləşməsinlər. Bu addım həm xəstələrin maddi yükünü azaltmağa, həm də ürək-damar xəstəlikləri ilə mübarizədə effektivliyi artırmağa xidmət edir.
Oxşar xəbərlər
AAYDA Şuşaya gedən sürücülərə XƏBƏRDARLIQ etdi
Qarlı hava şəraiti ilə əlaqədar Şuşa şəhəri istiqamətində hərəkət edən sürücülərə müraciət olunub. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yollar...