Azərbaycanda borclu şəxslərlə bağlı mobil tətbiq hazırlanır - Nazirlik
Yeniliklərdən dərhal xəbərdar olun
Ədliyyə Nazirliyinin İcra Baş İdarəsində borclularla bağlı mobil tətbiqin istifadəyə verilməsi nəzərdə tutulub.
BAKU.WS Trend-ə istinadla xəbər verir ki, bunu Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev bildirib.
Rəis müavini qeyd edib ki, həmin mobil tətbiqdə borclu ilə bağlı bütün məlumatlar öz əksini tapacaq:
“Vətəndaş mobil tətbiq vasitəsilə barəsində hansısa məhdudiyyətin tətbiqilə bağlı dərhal məlumatlanacaq. Borclunun ölkədən çıxması ilə bağlı məhdudiyyətin aradan qaldırılması üçün Heydər Əliyev Hava Limanında xüsusi köşk fəaliyyət göstərir. Yaxşı olar ki, vətəndaş könüllü şəkildə borcunu vaxtında ödəsin. Amma gecikmə olubsa və onun ölkədən çıxışına məhdudiyyət qoyulubsa, borclu hava limanına gəlməmişdən də borcunu ödəyə bilər.
Bunun üçün müəyyən prosedurlar həyata keçirilir. Təlimata uyğun olaraq, məhdudiyyətin aradan qaldırılması üçün göstəriş varsa, icra məmuru qərar qəbul edir. 24 saat ərzində məhdudiyyət aradan qaldırılır. Amma hava limanında köşkdə ödənilən borca görə avtomatik olaraq məhdudiyyət aradan qaldırılır”.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva modul tipli ilk xəstəxananın açılışında iştirak ediblər
Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub. BAKU.WS azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Ə...