Azərbaycanda biznesə yönələn suyun yarısı yolda itir - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda biznesə yönələn suyun 50%-i biznesə çatdıqda itkiyə gedir.
BAKU.WS xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Elnur Əliyev ADSEA-nın KOB evində keçirdiyi tədbirdə çıxışı zamanı deyib.
O, bildirib ki, Azərbaycan suya asılılığı olan ölkədir. Bu da ölkəmiz üçün böyük təhlükədir:
"Əkinçilikdə şirkətlərin böyük hissəsi KOB-lardır. Bu da bugünkü mövcud vəziyyətdir. Azərbaycanda su ehtiyyatı 26.2 milyard kubmetrdir. Bunun da 8.4 milyard kub metrini yeraltı sular, 4.6 milyardı çay suları təşkil edir. Bu da su ehtiyyatları baxımından ölkəmizin asılılığını göstərir".
Elnur Əliyevin sözlərinə görə, Azərbaycanda suvarılan ərazilər ümumilikdə 1.5 milyon hektardır. Bu da kənd təsərrüfatı torpaqlarının 1/3 hissəsidir. "Kənd təsərrüfatında innovativ suvarma sistemlərindən istifadə çox aşağıdır. Bizim əsas məqsədimiz innovativ suvarma sistemlərinin və texnologiyanın tətbiqini genişləndirməkdir".
Banu Hüseynli
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...