Azərbaycanda bir gündə 7 məktəb koronavirusa görə bağlanıb

Ağdamda 7 məktəb koronavirusa görə distant tədrisə keçib.
BAKU.WS-in məlumatına görə, Ağdam rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rəhman Məmmədov Trend-ə bildirib ki, rayonun Birinci Yüzbaşılı, Alıbəyli, Əfətli, Mahrızlı, Baharlı-2, Dörd yol-2 və 150 saylı orta məktəblərində əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.
Həmin məktəblərdə müəllim və şagirdlərdən bəzilərinin COVID-19 testi pozitiv çıxıb.
Eyni zamanda Əhmədağalı kənd tam orta məktəbində 2, Qaradağlı tam orta məktəbində 1, 87 saylı tam orta məktəbdə 1, 97 saylı tam orta məktəbdə də 1 sinif fəaliyyətini dayandırıb.
Oxşar xəbərlər
Bu həftə məktəblərdə dərslər dayandırılır? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda daha iki məktəb koronavirusa görə bağlanıb. BAKU.WS xəbər verir ki, Qax rayonu 2 nömrəli ümumtəhsil müəssisəsi distant təhsilə keçib. Məktəbdən məl...