Azərbaycanda bəzi maya növlərinə gömrük rüsumu tətbiq olunacaq
14
iyn
2022
20:46
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Aktiv mayalardan maya kulturaları, quru və çörəkçilik mayaları istisna olmaqla, digərlərinə 15 faiz idxal gömrük rüsumu tətbiq olunacaq.
Nazirlər Kabineti bununla bağlı Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində müvafiq qərarında dəyişiklik edilib.
Xatırladaq ki, bundan əvvəl maya kulturaları, quru və çörəkçilik mayaları ilə bərabər, digər aktiv mayalara da idxal gömrük rüsumu tətbiq olunmayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...