Azərbaycanda arılar kütləvi surətdə qırıla bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Gürcüstanla sərhədyanı ərazilərində yayılmış qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ölkədə arıların kütləvi surətdə qırılmasına səbəb ola bilər.
BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Bədrəddin Həsrətov bildirib.
‘‘Həmin zərərvericiyə qarşı Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi dərmanlama yolu ilə birgə mübarizə tədbirləri həyata keçirirlər. Bu isə kütləvi arı qırğınlarına səbəb ola bilər. Gürcüstanda artıq bu problem yaşanıb. Biz istərdik ki, bioloji mübarizə tədbirlərinə üstünlük verilsin. Bilirik ki, qəhvəyi mərmər bağacığı təbiətə ziyandır. Amma yenə də bunun digər bioloji mübarizə yolları da var.
Dərmanlama, yəqin ki, arıçılığa ziyan vuracaq, biz bundan çox narahatıq. Təklifimiz həm də budur ki, dərmanlama işi bizimlə koordinasiya olunsun. Yəni ərazilər dərmanlanan zaman bizə xəbərdarlıq edilsin ki, arılarımızı həmin ərazilərdən uzaqlaşdıraq’’, - deyə o, qeyd edib.
Oxşar xəbərlər
Əhaliyə XƏBƏRDARLIQ - Bu halda mütləq zəng edin - VİDEO
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qəhvəyi mərmər bağacığı ilə bağlı əhaliyə müraciət edib. BAKU.WS xəbər verir ki, Agentlik əhalini 300-dən çox bi...