Azərbaycanda 50-yə yaxın tibb müəssisəsi TƏMİR OLUNACAQ
Azərbaycanda 49 tibb müəssisəsində əsaslı təmir işləri aparılacaq.
BAKU.WS-in məlumatına görə, söhbət İnnovasiya və Təchizat Mərkəzi tərəfindən elan olunan iri satınalmadan gedir.
Layihə çərçivəsində Bakı şəhəri ilə yanaşı, respublikanın müxtəlif şəhər və rayonlarında yerləşən xəstəxana və digər tibb müəssisələrinin rentgen, flüoqrafiya, həkim otaqları və köməkçi sahələri yenilənəcək.
Məlumata görə, layihənin ehtimal olunan dəyəri 2,58 milyon manatdan çoxdur.
Qeyd edək ki, təmir zamanı köhnə və yararsız konstruksiyaların sökülməsi nəzərdə tutulur. Bu işlər ixtisaslaşdırılmış ictimai binaların tikintisi və təmiri kateqoriyasına daxildir və məqsəd tibb müəssisələrində şəraitin yaxşılaşdırılmasıdır.
Oxşar xəbərlər
Balakəndə qanunsuz gətirilən külli miqdarda dərman vasitələri aşkarlanıb
Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda...