Azərbaycanda 49 tibb müəssisəsində təmir işləri aparılacaq

Azərbaycanda 49 tibb müəssisəsində təmir işləri aparılacaq
Sosial 60

Bakı şəhərində və respublikanın digər şəhər və rayonlarında yerləşən 49 tibb müəssisəsində əsaslı təmir işləri aparılacaq.

BAKU.WS-in İnnovasiya və Təchizat Mərkəzindən əldə etdiyi məlumata görə, təmir işləri rentgen və flüoqrafiya otaqlarını, həmçinin həkimlərin idarəetmə və köməkçi otaqlarını əhatə edir.

Layihənin icraası üzrə ehtimal olunan ümumi dəyər 2 milyon 585 min manat təşkil edir.

Təmir işlərinin məqsədi köhnəlmiş, yararsız vəziyyətdə olan daxili elementlərin sökülməsi və tibb müəssisələrində daha təhlükəsiz və müasir şəraitin yaradılmasıdır.

Qeyd olunur ki, bütün bu işlər tibbi avadanlıqların yerləşdiyi və xüsusi təhlükəsizlik tələbləri olan sahələrdə aparılacağından, təmir prosesində müvafiq texniki və sanitariya normalarına əməl olunması əsas şərt olacaq.

Məsul qurum bildirir ki, əsaslı təmir işləri başa çatdıqdan sonra tibb müəssisələrində həm pasiyentlər, həm də tibb işçiləri üçün daha təhlükəsiz və rahat mühit yaradılacaq.

Son xəbərlər