Azərbaycanda 452 nəfər koronavirusa yoluxub - 5 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 452 yeni yoluxma faktı qeydə alınıb, 403 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 5 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 801 470 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 788 612 nəfər müalicə olunaraq sağalıb, 9 760 nəfər vəfat edib, aktiv xəstə sayı 3 098 nəfərdir.
Ölkədə son sutka ərzində 3 750, hazırkı dövrədək isə 7 066 158 test aparılıb.


Oxşar xəbərlər
Azərbaycanda daha 7 032 nəfər koronavirusa yoluxub, 22 nəfər ölüb - FOTO
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7 032 yeni yoluxma faktı qeydə alınıb, 5 285 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti y...