Azərbaycanda 16 yaşdan kiçik uşaqlara sosial şəbəkələr qadağan edilə bilərmi?

Azərbaycanda 16 yaşdan kiçik uşaqlara sosial şəbəkələr qadağan edilə bilərmi?
Foto
Sosial 7

Hər gün milyonlarla insan sosial şəbəkələrdən istifadə edir. Bu sosial platformaları sadəcə məlumat əldə etmək üçün istifadə edib yararlananlar da var, bəzi paylaşımlarına görə onun zərərli təsirlərindən (zorakılıq, dələduzluq) təsirlənənlər də... Bəzən böyüklər kimi uşaqlar da sosial şəbəkələrin qurbanına çevrilir. Bunun üçün Avstraliya, Yeni Zelandiya, Malayziya kimi ölkələr uşaqların sosial şəbəkələrə girişinə yaş məhdudiyyəti tətbiq edir. Bu ölkələrdə yaşı 16-dan az olan uşaqların sosial platformalara girişi ya tamamilə ya da ki, qismən məhdudlaşdırılır.

Bəs Azərbaycanda necə, bu təcrübə tətbiq edilə bilərmi? Ölkəmizdə də uşaqların sosial şəbəkələrə girişinə yaş məhdudiyyəti qoyula bilərmi?

Sosioloqların sözlərinə görə, genefondumuzu xilas etmək üçün bu mühüm addımı atmaq çox vacibdir.

Bu barədə BAKU.WS-ə açıqlama verən sosioloq Mətanət Məmmədova bildirib ki, sosial şəbəkələr uşaqlar arasında aqressivlik, zorakılıq və şiddəti təbliği edir, həmçinin onların dərslərindən geri qalmalarına səbəb olur:

"Əvvəla biz bilməliyik ki, övladlarımız sosial şəbəkələrdə nələrə baxır... Hansı videolar onun qarşısına çıxır? Axı bu barədə məlumatımız yoxdur. Hər kəs bilir ki, sosial şəbəkədə bəzi linkləri açanda xoşagəlməz videolarla qarşılaşırıq. Buna yetkinlik yaşında olan insanların belə baxması etik deyil, qaldı ki, o videoları uşaqlar izləsinlər... Fikrimcə qadağa 16 yaşa qədər yox, elə 13-14 yaşdan aşağı uşaqlara qoyulmalıdır.

Azərbaycanda 16 yaşdan kiçik uşaqlara sosial şəbəkələr qadağan edilə bilərmi?

Təbii ki, burada valideynlərində üzərinə böyük öhdəlik düşəcək. Elə bir mexanizm hazırlanmalıdır ki, uşaqlar sosial şəbəkəyə daxil olarkən hansı platformadan istifadə ediyi bilinsin. Bizim cəmiyyətdə bununla bağlı uşaqlara qadağa qoyulmayıb. Əksər insan bu barədə düşünmür, heç vecinə də almır ki, bu videolar bizim övladlarımızın axırına çıxa bilər! Onların bu cür sosial şəbəkələrdə nə işi var? Bu suala hələdə cavab verə bilmirlər.

Uşaqların təhsildə geriləməsinin səbəbi və pis vərdişlərinin olması elə onların sosial şəbəkələrdə daha çox olması ilə bağlıdır. Onların digər yaşıdları üzərində zorakılıq tətbiq etməsi onların sosial şəbəkələrdə dırnaq arası maarifləndirilməsidən irəli gəlir. Biz gələcək nəsli xilas etmək istəyiriksə, bu qadağa bizim ölkədə də tətbiq edilməlidir".

Azərbaycanda 16 yaşdan kiçik uşaqlara sosial şəbəkələr qadağan edilə bilərmi?

Digər sosioloq Üzeyir Şəfiyev də BAKU.WS-ə açıqlamasında vurğulayıb ki, bəzi ölkələrdə olduğu kimi Azərbaycanda da uşaqların sosial şəbəkələrə girişinə məhdudiyyət qoyulmalıdır:

"Uşaqlar bizim həssas yerimizdir. Ölkə əhalisinin təqribən 25-26 faizini onlar təşkil edir. Sosial şəbəkələrdəki mühit normal olmalıdır ki, onlar da sosiallaşa bilsinlər. Cəmiyyətə, dövlətə faydalı vətəndaş kimi böyüsünlər. Lakin əfsuslar olsun ki, sosial şəbəkələrdə əxlaqa və hüquqa zidd paylaşımlar edilir. Kriminal aləmin insanları qəhrəman kimi təqdim edilir. Bu səbədən yaş limitin olması çox yaxşı olardı. "Tiktok" sosial şəbəkəsi Çində yaranmasına baxmayarq qadağan edilib. Onun analoqunu yaradıblar. Lakin burda da uşaqlara vaxt limiti qoyublar. Qardaş Türkiyədə sosial şəbəkəni təmin edən qanun var və orada da limit qoyulub. Çünki artıq dünya ölkələri görürür ki, sosial şəbəkələr uşaqları aqresssivləşdirir və onların sosiallaşmasının qarşısını alır. Bu səbəbdən də yaş məhdudiyyəti tətbiq edirlər".

Azərbaycanda 16 yaşdan kiçik uşaqlara sosial şəbəkələr qadağan edilə bilərmi?

Sosioloqların sözlərinə görə, sosial şəbəkələrdən davamlı istifadə uşaqlarda mütəmadi diqqət dağınıqlığına, asılılıq vərdişinə, özünəqayğının azalmasına səbəb olur.

O cümlədə aqressiv və ya uyğun olmayan davranışlara meyil, gecə yuxu rejiminin pozulması, real sosial bacarıqların zəifləməsi, tükənmə və emosional dalğalanmalara da gətirib çıxarır.

Bu səbəbdən uşaqlara sosial şəbəkələrdən istifadə zamanı vaxt məhdudiyyəti qoyulmalı, alternativ fəlaiyyətlər təşkil edilməli, müəllimlə-valideyn əməkdaşlığı gücləndirilməli və onlarla onlayn təhlükələr barədə söhbətlər aparılmalıdır.

Son xəbərlər