Azərbaycana qar yağacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 11-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağıntı olacağı gözlənilir. 11-dən 12-nə keçən gecə bəzi ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə və gündüz 4-7° isti, axşama doğru 3°-yə yaxın olacaq. Bakıda gecə və gündüz 4-6° isti, axşama doğru 3°-yə yaxın olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75% olacaq.
Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Oxşar xəbərlər
Hava şəraiti ilə bağlı avtomobil yollarının vəziyyəti AÇIQLANDI
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq ölkənin avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb. AAYDA-dan...