Azərbaycan tibbi təhsil alan xarici vətəndaşların sayı məlum oldu - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan ali təhsil müəssisələrində son illər tələbə kontingentinin artımı müşahidə olunur. Bu artım həm yerli gənclərin təhsilə marağının güclənməsi, həm də ölkəmizin beynəlxalq akademik nüfuzunun yüksəlməsi ilə əlaqələndirilir.
BAKU.WS-in məlumatına görə, xarici ölkələrdən gələn tələbələrin sayının çoxalması Azərbaycanın ali təhsil məkanının cəlbediciliyini daha da artırır.
Bu baxımdan, ölkənin aparıcı ali təhsil müəssisələrindən olan Azərbaycan Tibb Universitetində (ATU) tələbə sayı və xarici vətəndaşların payı xüsusi maraq doğurur.
Bəs hazırda universitetdə neçə tələbə təhsil alır və onların neçə faizi xarici vətəndaşlardır?
Mövzu ilə bağlı BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetindən bildirilib ki, təhsil ocağında hazırda ümumilikdə 7559 tələbə təhsil alır: "Bu tələbələrin 5438-i yerli, 2121-i isə əcnəbi vətəndaşdır".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bakının və Abşeronun bu ərazilərində İŞIQ OLMAYACAQ
Oktyabrın 29-da təmir işləri ilə əlaqədar Bakının Yasamal və Xətai rayonlarının, eləcə də Abşeron rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişin...