Azərbaycan Poçt Daşıyıcıları vahid təşkilatda birləşir

Azərbaycan Poçt Daşıyıcıları vahid təşkilatda birləşir
Foto
Sosial 196

Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyasının növbəti iclası baş tutub.

İclasa Assosiasiyanın sədri Şaiq Qəribzadə sədrlik edib. O, son dövrlər poçt və logistika sahəsində baş verən dəyişikliklər, bazarda müşahidə olunan yeni tendensiyalar, eləcə də sektorun potensial inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb.

Tədbirdə Assosiasiyaya üzv olmaq üçün müraciət edən Azərbaycanın aparıcı kargo şirkətlərinin – Starex, Limak, Demir Cargo, United Logistic Group-a daxil olan Expargo, Morex, Kango, Kargolux, 166 və Findex şirkətlərinin nümayəndələri çıxış ediblər.

Çıxışlarda poçt və kargo sahəsində mövcud problemlər, dövlət qurumları ilə əməkdaşlığın gücləndirilməsi, həmçinin baş verən proseslərə daha çevik reaksiya verilməsi üçün yeni prosedurların tətbiqi məsələləri müzakirə olunub.

Assosiasiyaya üzvlük üçün müraciət edən şirkətlərin qəbulundan sonra təşkilatın tərkibində ümumilikdə 15 üzv şirkət yer alacaq. Bu şirkətlər ölkəyə beynəlxalq alış-veriş platformaları vasitəsilə gətirilən bağlamaların təxminən 90 faizini daşıyır.

Bu da onu deməyə əsas verir ki, Yeni sturuktur və yeni üzvlərlə birlikdə Assosiasiyanın Azərbaycanın poçt və kargo sektorunda vahid səs kimi formalaşacaq, bazarın inkişafında və beynəlxalq inteqrasiyada mühüm rol oynayacaq.

Son xəbərlər