Azərbaycan PISA 2025 tədqiqatında ilk dəfə bütün ölkə üzrə iştirak edir
PISA 2025 tədqiqatında 91 ölkə iştirak edir. Azərbaycan isə ilk dəfə olaraq 2025-ci ildə bütün ölkə üzrə PISA-da iştirak edir.
BAKU.WS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Elm və Təhsil Naziri Emin Əmrullayev deyib.
O, bildirib ki, qiymətləndirmə çərçivəsində ümumilikdə 760 min 15 yaşlı şagirdin bilik və bacarıqları yoxlanılır. Bu göstərici dünya üzrə 33 milyon şagirdi təmsil edir.
Azərbaycan üzrə isə 241 məktəbdən 7 432 şagird tədqiqata cəlb olunub. PISA qiymətləndirməsində şagirdlərin oxu savadlılığı, riyazi savadlılığı və təbiət elmləri üzrə bilikləri ölçülür.
Qeyd edək ki, Azərbaycan son üç PISA tədqiqatında iştirak edib. PISA 2018 və PISA 2022-də yalnız Bakı üzrə iştirak təmin olunub. PISA 2025 isə ilk dəfə ölkənin bütün ərazisini və bütün iqtisadi rayonlarını əhatə edir.
Bundan başqa, Azərbaycan 1996, 1999-cu illərdə də PİSA tədqiqatlarında iştirak edib. 2018 və 2022 də yalnız Bakı PISA-da iştirak edib. İlk dəfə 2025-ci ildə ölkəmiz bütövlükdə PISA üzrə nəticələrini yoxlayıb.
Oxşar xəbərlər
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib
Azərbaycan Respublikasının Baş naziri və AİH-in Müşahidə Şurasının sədri Əli Əsədov tərəfindən Holdinqin İdarə Heyətinin Sədrinin təqdimatına əsasən Azərbaycan...