Şəhid hərbi qulluqçumuz dəfn edildi - YENİLƏNİB

Şəhid hərbi qulluqçumuz dəfn edildi - YENİLƏNİB
Sosial 160

Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu Ələkbər Əlövsət oğlu Musayev dəfn edilib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, onun nəşi Cəlilabad rayonunun Mollalı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Ə.Musayev Cəlilabad rayonunun Vətən müharibəsində verdiyi 97-ci şəhiddir.

Xatırladaq ki, şəhidin atası cənazə həyətə gətirilən zaman qurban kəsib.

18:46

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) Ələkbər Əlövsət oğlu Musayevlə vida mərasimi keçirilir.

Tədbirdə rayon rəsmiləri, yerli sakinlər və şəhidin yaxınları iştirak edirlər.

Mərasimdən sonra şəhid kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Ə.Musayev 7 aya yaxındır Murovdağ istiqamətində itkin düşmüşdü.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər