Azərbaycan Ordusunun artilleriya bölmələrində məşğələlər keçirilir - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusunun Raket və artilleriya bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edən raket və artilleriya bölmələri təyin edilmiş marşrutlarla hərəkət edərək atəş mövqelərini tutublar.
Keçirilən məşğələlərdə əsas diqqət Vətən müharibəsində əldə edilmiş döyüş təcrübəsi nəzərə alınmaqla, komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsinə, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə suallarının məşq etdirilməsi və hərbi qulluqçuların praktiki vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib.
Oxşar xəbərlər
Ordumuzun minaatan bölmələrində döyüş hazırlığı məşğələləri keçirilir - VİDEO/ FOTO
Gənc heyətlərə müxtəlif çaplı minaatanların təyinatı və taktiki-texniki göstəriciləri haqqında ümumi məlumat verilən məşğələlərdə minaatan heyətlərinin ixtisas...